ABŞ Çikaqo şəhərində səyyar konsulluq xidməti təşkil olunacaq.
BUTA.TV xəbər verir ki, Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təşkil olunan səyyar konsulluq xidməti fevralın 24-də baş tutacaq.
Səfirlik Çikaqo şəhəri və yaxın ərazilərdə yaşayan azərbaycan vətəndaşlarına müraciət edərək onlara tələbləri ilə bağlı səfirliklə əlaqə saxlamaqla, görüş vaxtının təyin olunmasını xahiş edib. Həmvətənlərimizə qəbul çərçivəsində pasportların rəsmiləşdirilməsi, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ-də səyyar konsulluq xidməti Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin səyləri nəticəsində 2021-ci ildən etibarən mütəmadi keçirilir. Ötən müddət ərzində ABŞ qərb, cənub şəhər və ştatlarında, Texasda, Bostonda, Nyu Yorkda artıq səyyar konsulluq xidmətləri keçirilib və bu fəaliyyətlərin əhatə dairəsini genişləndirilməsi nəzərdə tutulub.
- 913 uşaq müəssisələrdən ailələrinə qaytarıldı
- Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirilib? - Video
- Bayramov daha bir xəstəxana direktorunu yola salır - Foto
- Bu şəxslərin maaşı artırılacaq
- "İdrak" işi: Şagirdin atası barədə qərar...
- “Qolum işləmir, stresdən yata bilmirəm” - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?
- İtaliyadakı yeni səfirimiz o oldu - Foto
- İlham Əliyev 2 fərman imzaladı