Fransa müdafiə nazirinin Ermənistana gəlməsi iki ölkənin daxili işidir. Lakin burada müəyyən bir özəllik var ki, Ermənistanla bizim sülh müqaviləmiz yoxdur.
Bu sözləri BUTA.TV-a hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Fransa müdafiə naziri Sebastyan Lekornunun Ermənistana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, avropalı nazirin Cənubi Qafqazda görünməsini, İrəvana verilən vədləri nəinki Azərbaycan, heç region ölkələri də xeyirə yozmur:
“Paris bu gün Ermənistanı hər cəhətdən dəstəkləyərək Azərbaycana qarşı haqsız mövqe tutur. Azərbaycanla sülh müqaviləsi olmayan bir ölkənin silahlandırılması, müdafiə nazirinin səfəri və ondan öncə Avropanın müşahidə missiyası ilə görüşə Fransa generalının gəlməsi Azərbaycanı bu məsələlərə diqqətlə izləməyə vadar edir. Biz fransalı nazirin Ermənistana gəlməsinə bu prizmadan yanaşırıq. Ermənistanın sülh müqaviləsini bağlamamasının səbəbkarlarından biri olan Fransanın müdafiə nazirinin bu səfərini təhrik kimi oxuya bilərik. Prinsipcə, bu gün Ermənistanın mövqeyi, silahlanması, tutduğu siyasi yol, Azərbaycana qarşı işlətdiyi ritorikada kəskinlik və revanş xarakterli fikirləri regiona ciddi təsir göstərir. Regionda çox böyük logistik layihələrin həyata keçirilməsi ilə bağlı planlar var. Bura böyük sərmayələr qoyulub. Bu layihələrin həyata keçirilməsi ancaq burada təhlükəsizlik zəmanəti əsasında ola bilər. Ermənistanın Cənubi Qafqaza Qərbi gətirməsi region ölkələrini də qıcıqlandırır”.
Ermənistan vasitəsi ilə ABŞ-AB və Rusiyanın maraqlarının toqquşmasının ağır nəticələrinin ola biləcəyinə diqqət çəkən hərbi mütəxəssis bildirib ki, Moskva qırmızı xəttinin keçilməsinə dözməyəcək:
“Rusiya bu proseslərdən kənarda qalmayacaq və İrəvana əlində olan bütün imkanlarla təzyiq edəcək. Lazım olarsa, güc yolu ilə burdakı maraqlarını qoruyacaq. Bu da əlbəttə, Ermənistan ərazisində prosesin alovlandırılmasına, nəzərdə tutulmuş bütün layihələrin ləngiməsinə gətirib çıxaracaq. Hər halda Ermənistanın bu mövqeyi region üçün təhülkəlidir və İravana qətiyyən xeyir gətirməyəcək”.
- Bir çox qərəz və məkr görürük – Hacıyevdən mühüm
- “Rusiya ən azı 6 müstəqil dövlətə parçalanmalıdır...”
- “Süni intellekt gələcəkdə bir çox tibbi ixtisasları əvəz edəcək”
- Bəstəkarın ölümünün təfərrüatı: Hadisə dənizdə olub...
- Azərbaycanla münasibətə görə ürəyim qan ağlayır - Kalaşnikov
- Rusiyada yaşayan azərbaycanlılara xəbərdarlıq
- Rusiyanın Azərbaycanla bağlı planı budur - Saakaşvili
- Azərbaycan diplomatları Xankəndidə toplaşır