Klubların UEFA reytinqi açıqlanıb.
BUTA.TV xəbər verir ki, ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşdürən “Qarabağ” siyahıda irəliləyib.
Hazırda Ağdam təmsilçisi 32,000 xalla 56-58-ci yerləri bölüşür. Klub “Fənərbağça” (Türkiyə) və “Seltik”lə (Şotlandiya) eyni xala malikdir. Əlavə göstəricilərə görə, Qlazqo təmsilçisini qabaqlayan “Qarabağ” 57-cidir.
Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı (Portuqaliya) mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun yetirmələri hesabına 1,000 xal əlavə edib.
Bu bonus xalı nəticəsində cari mövsüm qazanılan əmsal 10,000-a çatıb. Son mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalı 32,000-ə yüksəlib. “Köhlən atlar” “Fiorentina” (31,000) və “Qalatasaray”ı (31,500) geridə qoyub.
- İlham Əliyev bu şəxsləri təltif etdi
- Prezident bu hərbçiləri təltif etdi
- Onlara ali xüsusi rütbələr verildi
- Bir ailənin 4 üzvü turşudan zəhərləndi: ölən var
- Salatın Əsgərovanın oğlu da reabilitasiya mərkəzi açır - Video
- Onlara AzTV-nin binasını ələ keçirmək tapşırılıbmış - Video
- DTX Əli Kərimlinin evində... - Video
- Bakıda "qırmızı"da keçən sürücü qəza törətdi - Anbaan video