ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qərarı Avropada sərt etirazla qarşılanıb.

BUTA.TV xəbər verir ki, Avropa Birliyi (AB) Şurasının Prezidenti Antonio Koşta X hesabındakı paylaşımında beynəlxalq ədalətin müdafiə olunmasının vacibliyini qeyd edib.

“Avropa Birliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı institusional sanksiyalar tətbiq etmək qərarından dərin təəssüf hissi keçirir. Vəziyyəti diqqətlə təhlil edəcək və məhkəməni qorumaq üçün müvafiq addımlar atacağıq”, - deyə A.Koşta vurğulayıb.

Azərbaycanda yumurta 2 DƏFƏ BAHALAŞDI – Qışda qiymətlər daha da ARTACAQ? Azərbaycanda yumurta 2 DƏFƏ BAHALAŞDI – Qışda qiymətlər daha da ARTACAQ?