Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Penonome şəhərində (Kokle əyaləti) güclü zəlzələ nəticəsində San Juan Bautista Katedralının qüllələrindən biri tamamilə uçub.

Panamanın Milli Mülki Müdafiə Sisteminin (Sinaproc) regional ofisinin məlumatına görə, Penonomedə təxminən 12 bina uçub, yerli administrasiya binası qismən zədələnib. Bundan əlavə, Aquaduls şəhərində daha altı bina ciddi şəkildə zədələnib. İnsan itkisi barədə məlumat yoxdur.

Zəlzələ paytaxt Panama Sitidə də güclü hiss olunub.

ABŞ-ın Sunami Xəbərdarlığı Mərkəzi Panama, Kolumbiya, Ekvador, Nikaraqua və Qvatemala sahilləri üçün mümkün sunami təhlükəsi barədə xəbərdarlıq yayıb.

Azərbaycanda yumurta 2 DƏFƏ BAHALAŞDI – Qışda qiymətlər daha da ARTACAQ? Azərbaycanda yumurta 2 DƏFƏ BAHALAŞDI – Qışda qiymətlər daha da ARTACAQ?