1992-ci il fevralın 26-da Rusiyanın dəstəklədiyi Ermənistan silahlı qüvvələri bu gün Qəzzada İsrailin etdiyi kimi, (keçmiş) Dağlıq Qarabağın Xocalı şəhərinə soxularaq, dinc əhaliyə, uşaq və qadınlara qarşı insanlıq cinayəti törətdilər.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
“Nə edirsiniz edin, amma soyqırımı unutmayın. Çünki unudulan soyqırım təkrarlanır” deyən lider Aliyə İzzətbeqoviçin dediyini unutmayıb, Xocalıda və bütün könül coğrafiyamızda baş verən və baş verməkdə olan qətliamları, insanlıq cinayətlərini unutmadıq, əsla unutmayacağıq.
32 il əvvəl Xocalıda törədilmiş insanlığa qarşı cinayətin ildönümündə Beynəlxalq İnsan Hüquqları Təşkilatlarından tələbimiz ondan ibarətdir ki, günahkarların qanuna uyğun olaraq layiq olduqları cəzanı alması üçün bəşəriyyət adından nə lazımdırsa, edilməlidir.
Bütün bəşəriyyətə sülh və əmin-amanlıq diləyir, Xocalıda və bütün könül coğrafiyalarımızda əziz şəhidlərimizi rəhmət, hörmət və ehtiramla yad edirəm”, - Topçu bildirib.
- Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
- Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
- Bu komissiyada TƏBİB-i Anar Bayramov təmsil etməyəcək
- Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
- TƏBİB-in İcraçı direktoru bu komissiyadan çıxarıldı
- Bakıda külək zəifləyir - Faktiki hava
- Bakıda güclü külək: 48 ağac aşdı
- “Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi