İki il öncə - 2022-ci ilin fevralın 27-də Qostomel hava limanında Rusiya tərəfindən məhv edilən An-225 “Mriya” təyyarəsi dünya aviasiya tarixinin ağır yük daşıyan təyyarəsi kimi Ginnesin Rekordlar Kitabına düşüb.
BUTA.TV xəbər verir ki, “Mriya” fəaliyyət olduğu dövrlərdə 240-dan çox dünya rekordu qırmağı bacarıb.
Təyyarə ən ağır yüklərdən birini 2004-cü ilin 16 iyununda Praqadan (Çexiya) Daşkəndə (Özbəkistan) neft kəməri üçün nəqliyyat avadanlıqları daşımaqla həyata keçirib. Həmin yükün çəkisi 247 ton olub.
An-225 2009-cu ilin avqustun 11-də Frankfurtdan (Almaniya) İrəvana (Ermənistan) qaz elektrik stansiyası üçün 187,6 ton ağırlığında generator daşıyıb.
Daşınan generatorun uzunluğu 16,23 m, diametri 4,27 m idi, təyyarə tərəfindən daşınan ən ağır tək yük kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Qeyd edək ki, təyyarənin uzunluğu 84 m, hündürlüyü isə 18.2 metr idi. Təyyarənin ümumi çəkisi boş halda 216 ton, maksimum yüklə birlikdə isə 640 ton təşkil edir. An-225 300 ton yanacaq daşımaq qabilliyətinə malik idi.
- Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı
- İranda yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - Video
- Ağdamın ağ günləri geri qayıdır
- Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?
- Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı Herbst
- Prezident Omanın Sultanını təbrik etdi
- Azərbyacan bu platformaya qoşulacaq - Herbst
- Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama