ABŞ-ın keçmiş prezidenti Donald Tramp ən azı yeddi ştatda hazırkı prezident Co Baydendən daha çox dəstəyə malikdir.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberg” nəşri ABŞ-da keçirilən sorğunun nəticələrini dərc edib.
Sorğunun nəticələrinə görə, Arizona, Corciya, Pensilvaniya, Miçiqan, Şimali Karolina, Nevada və Viskonsin ştatlarında Tramp hazırki prezident Baydeni qabaqlayıb. Ümumilikdə bu yeddi ştatda seçicilərin 48 faizi Trampı 43 faizi isə Baydeni dəstəkləyib.
Trampın 2020-ci il seçkilərində qalib gəldiyi Şimali Karolina ştatında isə seçicilərin ən azı 50 faizi sabiq prezidentə dəstək nümayiş etdirib.
Eyni zamanda, respondentlərin əhəmiyyətli hissəsi Baydenin yaşından narahat olduğunu dilə gətirib. Buna rəğmən seçicilərin böyük hissəsi Trampın təhlükəli olduğu qənaətindədir.
Ümumilikdə, əsas ştatlarda hər 10 seçicidən 8-i Baydenin çox yaşlı olduğunu düşünür. Respondentlərin yarısı isə 77 yaşlı Trampın qoca olduğunu bildirib.
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı