Aprelin 3-də səhər saatlarında Nəsimi rayonunun Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən BUTA.TV-a verilən məlumata görə, qəza nəticəsində kəsişmədə olan bir işıqfor dirəyi yararsız vəziyyətə düşüb.

Hazırda İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədirlər və işıqforun qısa zamanda bərpa edilməsi məqsədilə işlər görülür.