Ermənistan Baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 5-də Paşinyan Avrokomissiyanın sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenlə üçtərəfli görüş keçirəcək.

Səfər çərçivəsində N.Paşinyan həmçinin USAİD rəhbəri rəhbəri Samanta Pauerlə də bir araya gələcək.