Bakıda 33 yaşlı kişi quyuya düşərək ölüb.

BUTA.TV xəbər verir ki, hadisə şəhərin Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev tullantı maddələr axıdılan quyuya düşərək həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.