ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkolun rəhbərlik etdiyi nümayəndə heyəti Tayvana səfər edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Tayvandakı Amerika İnstitutu məlumat yayıb.

26-30 may tarixlərində baş tutacaq səfərdə 6 konqresmen iştirak edəcək.

Qeyd edək ki, bir neçə gündür Çin ordusu Tayvan ətrafında hərbi təlimlərə başlayıb.