“Qətər Hava Yolları”na məxsus sərnişin təyyarəsi Türkiyə səmasından keçərkən turbulent zonaya düşməsi səbəbindən 12 nəfər xəsarət alıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, yaralılardan 6-ı ekipaj heyətindəndir, 6-sı isə sərnişindir.

Qeyd edək ki, təyyarə Doha – Dublin marşrutu üzrə hərəkət edirmiş.