Magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar bu gün və sabah Bakının Nardaran bağ massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Qurum abonentlərdən üzr istəyib.