Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batan Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Zabit Paşa oğlu Baxşəliyevin cəsədi tapılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən cəsəd suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı Fulya Öztürk Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı