Gürcüstan parlamenti prezidentin "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə qoyduğu vetonu dəf edib.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat yayıb.

“84 deputat lehinə, 4 əleyhinə. Qanun qəbul olundu”, - Papuaşvili bildirib.

Onun sözlərinə görə, vetonun dəf olunması üçün parlamentin mümkün səs çoxluğu lazım idi.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin 3-cü oxunuşda qəbul etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə veto qoymuşdu.