Türkiyə TŞ: Ankara arzu edir ki, Bakı və İrəvan...
Türkiyə Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səylərə dəstək verməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasının nəticələrinə dair bəyanatda deyilir.
Bildirilib ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülhü təmin edəcək razılaşma ilə nəticələnməsi Ankaranın arzusudur.
Qeyd edək ki, bu gün prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə MTŞ-nin iclası keçirilib.