Rusiyada Mi-8 helikopteri sərt eniş etdi
Rusiyanın Murmansk vilayətində “Murmanavia” şirkətinə məxsus Mi-8T helikopteri mühərrikində yaranan nasazlıq səbəbindən sərt eniş edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
“Çərşənbə axşamı, mayın 28-də Murmansk vilayətində, Murmanskdan 300 km-dən çox cənub-şərqdə “Murmanavia” aviaşirkətinə məxsus Mi-8T helikopteri mühərrikində nasazlıq səbəbindən təcili eniş edib”, - məlumatda deyilir.
Əlavə informasiya verilmir.