Ukrayna münaqişəsi başlayandan Kiyev üçün ən çətin dövr gəlib çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq CNN-ə müsahibəsində deyib.

“Bəli, bu doğrudur, indi bu müharibənin ən çətin vaxtıdır” - deyə o bildirib.

Baş katib Rusiya ordusunun bir sıra kiçik uğurlara nail olduğunu da etiraf edib.

Eyni zamanda, Stoltenberq müharibələrin gözlənilməz olduğunu vurğulayıb, lakin Rusiyanın daha böyük irəliləyişini güman etmədiyini söyləyib.