Putinin iqamətgahı yandı - Foto
Rusiya Prezidenti Vladimir Putinin Altay Respublikasının Onquday bölgəsindəki iqamətgahında yanğın baş verib. Binalardan biri demək olar ki, tamamilə yanıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Sirena” Teleqram kanalı məlumat yayıb.
Yanan binanın görüntülərini bloger Amır Aytaşev və ictimai fəal Aruna Arna yayıb.