Bakı Bus MMC-yə məxsus avtobuslarda artıq yay mövsümünə keçid edilib.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu gündən avtobuslarda kondisionerlər qoşulub.

Məsələ ilə bağlı açıqlama verən qurumun mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib.

"Reqlamentə əsasən, avtobuslarımızda kondisionerlər iyun ayının 15-dən qoşulur. Amma havaların isti keçməsi ilə əlaqədar sərnişinlərimizin rahatlığını nəzərə alaraq, artıq bu gündən kondisionerlər işlək vəziyyətə gətirilib", - deyə Ə.Əliyeva qeyd edib.