İrəvan Dehlidən kvaziballistik raket almaq istəyir
Ermənistan “Pralay” raketlərinin alınması ilə bağlı Hindistana müraciət ünvanlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Indian Defence Research Wing” məlumat yayıb.
Qeyd edilir ki, “Pralay” qısa mənzilli, kvaziballistik, bərk yanacaqlı “yer-yer” sinifli raketdir.
Raket 150-500 km məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.