Azərbaycanda deputat qəzaya düşdü: ölən var
Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, "Hunday" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü qazi kapitan Hüseynalı Hüseynalıyev həyatını itirib.
Xəsarət alanlardan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalov isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşənlər Vətən Müharibəsi qaziləridir. Xəsarət alan Təbriz Eyvaz oğlu Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur