İran və Ermənistan Qafanda birgə texniki-peşə mərkəzi yaradır.

BUTA.TV xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Şərqi Azərbaycan əyalətinin Texniki-Peşə Mərkəzinin rəhbəri Əli Məşayexi deyib.

Məşayexi Ermənistanın onlardan üç istiqamət - günəş enerjisi panellərinin quraşdırılması, mədənçilik və informasiya texnologiyaları üzrə peşə təhsilinin verilməsi sahəsində kömək istədiyini bildirib.

Layihədə ləngimə olmasa, tədrisin bu il başlaması nəzərdə tutulur.