Əpl (Apple) şirkətinin markalarında süni intellekt funksiyaları (Apple Intelligence) yalnız bu ilin oktyabr ayında əlçatan olacaq.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq”in jurnalisti Mark Qurman deyib.

O bildirib ki, iOS, iPadOS və macOS Sequoia üçün süni intellekt funksiyalarının gecikməsi Əpl şirkətinin sentyabrda yeni Ayfon-16-nı təqdim etməsinə mane olmayacaq.

Qeyd edək ki, süni intellekt xüsusiyyətlərinin Ayfon-16-nı daha cəlbedici edəcəyi gözlənilir.