Ruslar Donetski atəşə tutdu: ölənlər və yaralılar var
Rusiya Donetsk vilayətini növbəti dəfə atəşə tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin Teleqram kanalında məlumat verib.
“Bu axşam (avqustun 8-i red.) Selidovo şəhərinin atəşə tutulması nəticəsində iki nəfər ölüb, 7 nəfər yaralanıb – onlar iki hündürmərtəbəli binaya və bir inzibati binaya ziyan vurublar”, - o bildirib.