Makron Qəzza üçün İsrailə heyət göndərir
Qəzzada müharibə dərhal dayandırılmalı, atəşkəs bərpa olunmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron X hesabında yazıb.
Fransa Prezidenti ABŞ, Misir və Qətər vasitəçilərinin atəşkəs danışıqlarında razılaşma əldə etmək səylərini tam dəstəklədiyini və İsrailə nümayəndə heyəti göndərəcəyini bildirib:
“Bu, Qəzza xalqı, girovlar və bu gün təhlükə altında olan regionun sabitliyi üçün çox vacibdir”,- o bildirib.