ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.

O qeyd edib ki, Ukraynaya silah-sursat da daxil olmaqla 125 milyon dollarlıq yeni hərbi yardım paketi ayırdığını deyib.

Yardım paketinə HİMARS reaktiv yaylım atəş sistemləri, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, “Stinger” hava hücumundan müdafiə sistemləri, AT-4, TOW və “Javelin” tank əleyhinə raket sistemləri üçün döyüş sursatları daxildir.