Kurskda AES ərazisində yanğın: 5 bölgədə enerji kəsildi
Kursk AES-in yerləşdiyi Kurçatovda və transformator yarımstansiyasında yanğın baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə vilayətin qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov məlumat verib.
O bildirib ki, baş verən yanğınla əlaqədar qismən regionun beş rayonunda elektrik enerjisi kəsilib.
Smirnovun sözlərinə görə, Ukraynaya məxsus PUA vurulduqdan sonra qalıqları təhlükəli əraziyə düşüb. Bundan sonra yanğın başlayıb.
Qardaşını maşınla vurub videoya çəkən gənc saxlanıldı - Video - Yenilənib