Polşa ilə ABŞ hökuməti arasında AIM-120C raketinin tədarükü ilə bağlı müqavilə imzalanıb.

BUTA.TV xəbər verir ki, bu barədə Polşanın Silahlanma Agentliyi məlumat yayıb.

"Müdafiə Agentliyi ABŞ hökuməti ilə bir neçə yüz AIM-120C raketinin tədarükü ilə bağlı müqavilə imzalayıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, müqavilənin dəyəri təxminən 850 milyon dollar təşkil edəcək.