Ukrayna Kurskda cinahları genişləndirmədən şimala doğru irəliləməyə davam edə bilməz.

BUTA.TV xəbər verir ki, bunu döyüş meydanındakı görüntüləri təhlil edən Finlandiyanın "Black Bird Group" təşkilatının analitiki Emil Kastelmin deyib.

O vurğulayıb ki, zaman ukraynalıların əleyhinə işləyir. Rusiya qoşunları həmişəlik nizamsız qalmayacaq.

Qeyd edək ki, ötən gün Ukrayna qoşunlarının Kursk vilayətinin Suca şəhərini tamamilə ələ keçirdiyi barədə məlumat yayılıb.