İmişli rayonunda üç nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

BUTA.TV xəbər verir ki, hadisə rayonun Göbəktala kəndində qeydə alınıb.

Belə ki, qəza zamanı "Mersedes", VAZ-2106 və VAZ-2107 markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində iki nəfər - Elmdar Savalanov və Ədalət Əmrahov xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.