İspaniya “Barselona”sının B komandası azərbaycanlı qapıçını transfer edib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, Eldar Tağızadə “Barselona Atletik”in qapılarını qoruyacaq.

Belə ki, 21 yaşlı qapıçı azad agent olaraq İspaniya klubunda çıxış edəcək.

Klubla idmaçı arasında imzalanan rəsmi müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədərdir.