İranın keçmiş xarici işlər naziri və İran İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilmiş Məhəmməd Cavad Zərif istefa verib.

BUTA.TV xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib.

Qeyd edək ki, avqustun 1-də İran Prezidenti Məsud Pezeşkian Cavad Zərifi strateji məsələlər üzrə vitse-prezident təyin edib.

Cavad Zərif Məsud Pezeşkianın nazirlər seçimindən narazılığına görə istefa verdiyini bildirib.