Azərbaycan diasporunun nümayəndələri Kurskdan qaçmağa məcbur olan yerli sakinlərə yardım edir.

BUTA.TV xəbər verir ki, bununla bağlı “Sputnik Live” reportaj hazırlayıb.

Kursk vilayətinin azərbaycanlı icmasının rəhbəri Qasım Kərimov bildirib ki, Rusiyanın hər yerindən gələn Azərbaycan diasporu nümayəndələri zərəçəkmişlərə yardım edir.

Yardım çağırışına Kamçatka, Yakut, Maqadan, Volqoqrad, Orenburq, Tatarıstan, Udmurtiya, Smolensk, Oryol və Voronej vilayətlərinin icma nümayəndələri qoşulub.