Ukrayna ordusu irəliləyir: Rusiyada təxliyə davam edir - Foto
Bu gün Kursk vilayətinin Bolşesoldatski rayonunun hakimiyyət orqanları sakinlərin təxliyəsinə başlandığını elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı döyüş və evakuasiya haqqında əsas məlumatları əks etdirən xəritə paylaşıb.
Qeyd olunur ki, bu ərazi Ukrayna ilə həmsərhəd deyil. Ümumilikdə isə avqustun 13-nə 7 ərazidə təxliyə elan edilib. Onlardan altısı (Qluşkovsk, Rılsk, Korenevsk, Xomutovsk, Belovsk və Bolşesoldatsk) Kursk vilayətində, biri (Krasnoyaruzsk) Belqorod vilayətində yerləşir.
Bəzi Teleqram kanallarının məlumatlarına görə isə əsas döyüşlər Korenevo qəsəbəsi və Martınovka kəndi ərazisində gedir.
Ukrayna Silahlı Qüvvələri Rılsk, Lqov və Kurçatov istiqamətində irəliləməyə davam edir.