Şimal axını-1 və Şimal axını-2 qaz kəmərlərində baş verən partlayışlarla bağlı aparılan araşdırmanın nəticələrindən asılı olmayaraq, Almaniyanın Ukraynaya dəstəyi dəyişməz qalacaq.

BUTA.TV xəbər verir ki, bunu Almaniya hökumətinin nümayəndəsi Volfqanq Büxner deyib.

"Bunlar bir-biri ilə heç bir əlaqəsi olmayan iki fərqli məqamdır", - o bildirib.

Qeyd edək ki, Almaniya mətbuatı sözügedən qaz kəmərlərinin partlayışı ilə bağlı üç Ukrayna vətəndaşının şübhəli olduğunu bildirmişdi.