İranda avtobus qəzası: 47 zəvvar yaralandı
İranın şimalındakı Semnan əyalətində zəvvarları daşıyan avtobus qəza törədib.
BUTA.TV xəbər verir ki, Ərbəin zəvvarlarını daşıyan avtobus Məşhəd-Şələmçə magistralında qəzaya uğrayıb.
Qəza nəticəsində 47 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Qəzanın səbəbləri açıqlanmayıb.