Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırdığını elan edib.

BUTA.TV xəbər verir ki, bu barədə almaniyalı general-mayor Kristian Freydinq məlumat verib.

O qeyd edib ki, yardım paketinə iki ədəd “İris-T” hava hücumundan müdafiə sistemi, 30-a yaxın “Leopard 1A5” tankı, həmçinin iki növ 16 ədəd özüyeriyən artilleriya qurğusu, PUA və PUA-dan müdafiə sistemləri daxildir.

Hərbi yardımın cari ilin dekabr ayına kimi çatdırılması nəzərdə tutulur.