Qəbələ rayonunda kütləvi zəhərlənmə baş verib.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, zəhərlənmə Qəbələdə şadlıq sarayında keçirilən toyda baş verib. Ümumilikdə 51 nəfərin qidadan zəhərləndiyi bildirilir.

Zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edənlərin vəziyyətlərinin normal oldugu bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşkarı tərəfindən araşdırma aparılır.

Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir