Ukrayna ordusu PUA-larla Belqorod vilayətinə hücum edib.

BUTA.TV xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində Qrafovka kəndinə ziyan dəyib:

“Drondan atılan partlayıcı qurğu özəl sektorlardan birinə düşüb. Nəticədə iki avtomobil tamamilə yanıb. Həmçinin iki fərdi evin pəncərələri sınıb, dam örtüyü, fasad və hasarlar dağılıb”.

Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir