Botsvanada dünyanın ən böyük almazlarından biri tapıldı
Kanadanın “Lucara Diamond Corp” dağ-mədən şirkəti Botsvanada dünyanın ən böyük almazlarından birini çıxarıb.
BUTA.TV xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Məlumata görə, çəkisi 2492 karat olan cilalanmamış almaz ölkənin şimal-şərqindəki Karove mədənində tapılıb.