Krımda raket təhlükəsi elan edilib.

BUTA.TV xəbər verir ki, bu barədə "Krımski veter" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Sevastopolun hərbi hissələrində hava hücumu siqnalı işə salınıb:

"Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb, işğalçılar Sevastopolda dəniz ictimai nəqliyyatının da fəaliyyətini dayandırıblar".