Şamaxıda ağacəkmə aksiyasına start verildi - Fotolar
Şamaxıda rayon icra hakimiyyəti və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
“BUTA.TV” xəbər verir ki, aksiya əkin mövsümü boyu davam edəcək.
Məlumat üçün bildiririk ki, son illər ərzində Şamaxı rayonu ərazisində ətraf mühitin mühafizəsi və yaşıl zonaların bərpası məqsədilə hər il on minlərlə müxtəlif növ ağaclar əkilir.