Türkiyə Milli Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsindəki Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradla bağlı videogörüntülər yayıb.

BUTA.TV xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.

Videogörüntü hərbi parada qatılan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarələrinin göyərtəsindən çəkilib.