Ağcabədi rayonunda 6 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, 6 yaşlı S.B. bıçaq xəsarəti ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.