Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğulub ölüb.

BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə 52-ci məhəllə Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bu rayonların icra hakimiyyətlərində həbslər anonsu Bu rayonların icra hakimiyyətlərində həbslər anonsu