Sabah ASAN Xidmət işləməyəcək
8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə BUTA.TV-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.