Azərbaycanda martın 13-də cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, həmçinin narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.