Laçında yüksək dağlıq zonalara qar yağıb.

BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, yağıntı xüsusilə rayonun Dəli dağ adlanan yüksəkliyində daha intensiv müşahidə olunub.

Məlumata görə, gecə saatlarından başlayan qar səhər saatlarınadək davam edib.